Bakıda batut gimnastikası və tambilinq üzrə Dünya kuboku keçiriləcək




Azərbaycan Gimnastika Federasiyası bu il yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları ilə start verəcək.

"Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Olimpiya dövrü üzrə mövsümün batut gimnastikası üzrə ilk dünya kuboku yarışı fevralın 18-19-da Milli Gimnastika Arenasında keçiriləcək. 15 ölkədən 85 gimnastın iştirakı ilə keçiriləcək yarışda iki gün davam edəcək. Batutçular və tambilinqçilər bu ildən qüvvəyə minən yeni qaydalarla yarışacaqlar. Yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri keçiriləcək. Ölkəmizi bu yarışlarda fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcəklər.

Ölkəmizdə 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya kuboku artıq ikinci dəfədir təşkil olunur. Bakı tamblinq üzrə dünya kubokuna ilk dəfədir ev sahibliyi edir.
Kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçulardan Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) mötəbər yarışda yer alacaqlar.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar məharətlərini nümayiş etdirəcəklər.
Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələrdə və fləşmoblarda da iştirak edə biləcəklər.





Bu yazı

24856 dəfə oxunub

Tarix

2017-01-25 15:21:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev