Useyn Boltun medalı əlindən alınıb




İdman tarixində ən güclü atletlərdən hesab olunan yamaykalı Usain Boltun Pekin-2008 Yay Olimpiya Oyunlarında 4x100 m məsafəyə yarışlarda qazandığı qızıl medal əlindən alınıb. Buna səbəb onun komanda yoldaşının dopinq testinin nəticələrinin müsbət çıxması olub. 

Testlər nəticəsində Pekin Olimpiadasında U.Boltun komanda yoldaşı Nesta Karterin qadağan olunan preparatlardan istifadə etdiyi müəyyənləşib. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi həmin yarışda çıxış edən dörd idmançının hamısının - U.Bolt və N.Karterlə birlikdə Asafa Pauellin və Maykl Fraterin də medallarının alınması barədə qərar qəbul edib.

Bu qərardan sonra U.Boltun Olimpiya Oyunlarında qazandığı medalların sayı 9-dan 8-ə düşüb. Həmçinin 2008-ci, 2012-ci və 2016-cı illərdə keçirilən olimpiadalarda 100, 200 və 4x100 metr yarışlarında ardıcıl üç medal qazanaraq tarixə düşən U.Boltun bu göstəricisi də qüvvədən düşüb.



Bu yazı

29765 dəfə oxunub

Tarix

2017-01-26 12:51:54

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev