Bakıda gimnastika üzrə beynəlxalq hakimlik kursları keçirilir




Bakıda Beynəlxalq Gimnnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları keçirilir. Kurslar yanvarın 30-dək davam edəcək.

Bununla bağlı iclasda çıxış edən FIG nümayəndəsi Yunis Lebre kurs iştirakçılarını salamladıqdan sonra təşkilat komitəsinin üzvlərini təqdim edib və gözəl təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib: "Mən yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür etmək və hakimlərə uğurlar arzulamaq istəyirəm”, Y.Lebre deyib.
Sonra açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edib. Kurs iştirakçılarını salamladıqdan sonra F.Qayıbov onlara uğurlar arzulayıb və kursların uğurla keçəcəyinə ümidvar olduğunu bildirib: "Bu kurslar Azərbaycanda ilk dəfədir keçirilir. Ötən həftə isə burada FIG Qitələrarası hakimlik kursları keçirilmişdi. Sizi qarşıda ağır həftə gözləyir, amma ümid edirəm ki, siz Bakının gözəlliklərindən zövq almağa vaxt tapa biləcəksiniz”, F.Qayıbov deyib.
Kurslarda 17 federasiyadan 58 hakim iştirak edir. Bu tədbirdə Azərbaycanı 20 hakim təmsil edir.




Bu yazı

28580 dəfə oxunub

Tarix

2017-01-30 14:48:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev