Dünya kubokunun sınaq məşqi keçirilib




Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun iştirakçılarının sınaq məşqi keçirilib.

"Olimpnews.az" xəbər verir ki, fevralın 18-19-da paytaxtımızda keçirilən bu yarışda dünyanın 15 ölkəsindən 85 nəfər batutçu və tamblinqçi iştirak edəcək. Gimnastlar iki yarış günü ərzində bu ildən qüvvəyə minən yeni qaydalar əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.



Bu yazı

22531 dəfə oxunub

Tarix

2017-02-13 14:56:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev