«Tour d` Azerbaidjan»nın iştirakçıları Milli Parkda oldular


Mayın 1-dən 5-dək ölkəmizdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan” beynəlxalq velosiped turu keçiriləcək.
Olimpnews.az. saytı xəbər verir ki, aprelin 30-da Dənizkənarı Milli Parkda velosiped turunun başlanmasına həsr olunmuş konsert təşkil edilib. Konsertdə həm də turda iştirak edəcək komandaların təqdimatı olub. "Tour d`Azerbaidjan”da ümumilikdə, 25 komandanın qələbə uğrunda yarışacağı məlum olub. Qeyd etmək lazımdır ki, bu komandaların 17-si qitə, 2-si klub, 6-sı isə yığmanı təmsil edirlər. Hər bir komanda altı idmançı ilə mübarizə aparacaq.
Qeyd edək ki, «Tour d` Azerbaidjan» velosiped turunun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsidir.


Tədbirdə çıxış edən Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (ARVİF) prezidenti Fazil Məmmədov, gənclər və idman naziri Azad Rəhimov və eləcə də ölkəmizdə səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkey "Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turunun iştirakçılarını salamlayaraq onlara uğurlar uğurlar arzulamışlar.
Mərasim konsert proqramı ilə davam edib.



Bu yazı

8448 dəfə oxunub

Tarix

2013-05-01 15:19:18

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev