Gimnastika üzrə Dünya kubokunun açılış mərasimi keçirilib






Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi medullar uğrunda mübarizə aparır. Gimnastlar iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında yarışırlar.

Fevralın 18-də batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub.

Mərasimdə yarışlarda iştirak edən ölkələrin bayraqları meydana gətirilib, komandalar təqdim olunub.

Gənclər və idman naziri Azad Rəhimov mərasimdə çıxış edərək Azərbaycanda idmana göstərilən yüksək səviyyədə dövlət qayğısından danışıb, bu mötəbər yarışın ölkəmizdə təşkilindən məmnunluğunu bildirib.
Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi tanınmasından danışaraq ölkəmizin irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini qeyd etdi. Nazir bildirdi ki, beynəlxalq idman qurumları da bunu nəzərə alaraq belə mötəbər tədbirlərin keçirilməsini tərəddüdsüz olaraq ölkəmizə həvalə edirlər: "Ölkəmiz ilk Avropa Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bu ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları və qadın voleybol komandaları arasında Avropa çempionatı keçiriləcək.

Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafı istiqamətində gördüyü işlər barədə danışan nazir iştirakçılara uğurlar arzulayıb.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Sonda gənc gimnastların iştirakı ilə "Azərbaycan gimnastikasının gələcəyi” adlı kompozisiya təqdim olunub.

Yarışlara sabah yekun vurulacaq.






Bu yazı

25795 dəfə oxunub

Tarix

2017-02-18 19:35:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev