Mixail Malkin Dünya kubokunun gümüş medalını qazanıb




Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi medullar uğrunda mübarizə aparır.
Gimnastımız Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunda gümüş medala yiyələnib. M.Malkin tamblinq cığırında final yarışlarını ikinci başa vurub. İdmançımız toplam 72.100 bal toplayıb.

Qızıl medala Rusiya təmsilçisi Qriqori Noskov yiyələnib. Bürünc medal Britaniya təmsilçisi Eillot Brouna qismət olub.



Bu yazı

23841 dəfə oxunub

Tarix

2017-02-19 13:33:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev