Mərci uduzdu, qəzet yedi




Belaruslu idman jurnalisti hokkey komandasının oyunu ilə bağlı mərci uduzub. Bunun üçün də o verdiyi sözə əməl edərək qəzet yeyib.

Belarusun ən böyük idman qəzetlərindən bir olan "Pressball”ın jurnalisti Viaseçlav Fedorenkov Belarus komandası "Dinamo Minsk”in oyundan əvvəl Kontinental Hokkey Liqasında play-off-a qalmayacağını iddia edib. O, əks təqdirdə əlindəki qəzeti yeyəcəyinə söz verib.

Komanda qələbə çaldıqdan sonra Fedorenkov "Minsk Arena” İdman Sarayında jurnalistlərin gözü qarşısında şorba və kolayla yanaşı öz qəzetinin səhifələrini yeyib. Şorbanın bitdiyinə görə səhifələrin ancaq yarısını yeyən Fedorenkov təəssüfünü gizlətməyib: "Komandam üçün hər şeyi edərəm. Amma bundan sonra bir mərcə girsəm, iki dəfə düşünəcəyəm. Siz əsla belə sözlər verməyin, çünki peşman olarsınız", - deyib. Bu səbəbdən mərcə girməzdən əvvəl necə deyərlər, "yüz ölçüb, bir biçmək lazım gəlir”. Çünki mərci uduzmaq baha başa gələ bilər.

"Dinamo Minsk” komandasının texniki direktoru Kreyq Vudcroft Fedorenkova qəzeti yeməsi üçün heç təzyiq etmədiklərini desə də, jurnalistin verdiyi sözə əməl etdiyini alışlayıb.




Bu yazı

36987 dəfə oxunub

Tarix

2017-02-20 14:46:52

Yazını

Çap et

Yazını

Paylaş