Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək



Mayın 6-dan 10-dək Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçiriləcək.
Olimpnews.az saytı xəbər verir ki, yarışda Rusiya, Özbəkistan, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Belarus, Rumıniya və s. ölkələrdən 400-dək idmançı öz bacarığını nümayiş etdirəcək. Yeniyetmə, gənclər və böyüklər arasında keçiriləcək turniri 16 hakim idarə edəcək. Beynəlxalq turnirin açılış mərasimi mayın 7-də olacaq. Qeyd edək ki, universal döyüş üzrə ümummillli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış ölkəmizdə ənənəvi olaraq 2004-cü ildən keçirilir. Ötən il keçirilən analoji yarışda Azərbaycan komandası birinci olmuşdu. Yığma komandamız budəfəki yarışa hazırlığı Tofiq Bəhramov adına Respublika stadionunun təlim-məşq bazasında keçir.

Aysel Sultanova




Bu yazı

8425 dəfə oxunub

Tarix

2013-05-02 11:30:39

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev