Gimnastlarımız Ukraynada uğurla çıxış ediblər




Fevralın 23-26-da Ukraynanın Vinnitsa şəhərində akrobatika üzrə beynəlxalq turnir keçirilib. Gimnastlarımız yarışda uğurla çıxış ediblər.

Bu barədə "Olimpnews.az”a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Turnirdə 13-19 yaş kateqoriyasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlüyümüz çoxnövçülükdə 82.160 xal qazanaraq qızıl medal əldə edib. Eyni yaş kateqoriyasında mübarizə aparan digər qarışıq cütlük Ağasif Rəhimov və Nurcan Cabbarlı (81.400 xal) isə bürünc medal qazanıb.

Beynəlxalq arenada debüt edən qadın qrupu (12-18 yaş) - Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova da yarışları medalsız tərk etməyiblər. Onlar çoxnöxçülükdə hakimlərdən 79.960 xal alaraq bürünc medal əldə ediblər.



Bu yazı

23174 dəfə oxunub

Tarix

2017-02-27 18:21:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev