AGF-nin fəaliyyəti yüksək qiymətləndirilib




Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən fərqlənən milli federasiyaların reytinq siyahısında yer alıb.
Milli federasiyanın fəaliyyətinin yüksək qiymətləndirilməsi onun beynəlxalq arenada nüfuzunun daha bir göstəricisidir.

Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasından daxil olan məlumata əsasən xəbər verir ki, FIG-in İcraiyyə Komitəsi il ərzində uğurlu fəaliyyətinə - dünya çempionatlarının və kuboklarının, rəhbər orqanların iclaslarının, FIG Akademiyasının məşqçilik və beynəlxalq hakimlik kurslarının təşkilinə, həmin tədbirlərdə fəal iştirakına görə seçilən ən yaxşı federasiyaları xallar əsasında müəyyənləşdirir.
AGF-nin peşəkar fəaliyyətin nəticəsidir ki, artıq üçüncü dəfədir ki, 10 ən güclü federasiyaların sırasında yer alır.

Məlumat üçün bildirək ki, Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə 148 federasiya daxildir.



Bu yazı

25070 dəfə oxunub

Tarix

2017-03-07 14:21:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev