Gimnastika üzrə 5 təmsilçimiz hakimlik dərəcəsi alıblar




Gimnastika üzrə 5 təmsilçimiz müxtəlif kateqoriyalar üzrə hakimlik dərəcəsinə layiq görülüb. 

Onlardan idman gimnastikasında Xəlil Hüseynov, Əhməd Ağayev 3-cü, Uğur Xəlilbəyli və Şakir Şıxaliyev isə 4-cü hakimlik dərəcəsi alıblar. Onlar bu ada Bakıda kişi idman gimnastikası üzrə təşkil edilən beynəlxalq hakimlik kurslarında sahib olublar. Qadın təmsilçimiz İradə Qurbanova isə bədii gimnastika üzrə 4-cü hakimlik dərəcəsini Varşavada keçirilən akrobatika gimnastikası üzrə qitələrarası hakimlik kurslarında alıb.

Məlumat üçün bildirək ki, azərbaycanlı hakim Rza Əliyev kişi idman gimnastikası üzrə ən yüksək, 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir. Bu kateqoriyalar hazırkı Olimpiya dövrü (2017-2020-ci illər) ərzində qüvvədə olacaq.




Bu yazı

28113 dəfə oxunub

Tarix

2017-03-16 10:18:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev