Bakıda gimnastika üzrə Dünya kubokuna start verilib




Martın 16-da Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Dünya kuboku yarışlarına start verilib. 

Bakının artıq ikinci ildir ev sahibliyi etdiyi turnirdə 21 ölkədən 90 kişi, 46 qadın idmançı iştirak edir.

"Olimpnews.az” xəbər verir ki, turnirin ilk iki günündə gimnastlar təsnifat mərhələlərində qüvvələrini sınayırlar. Sonuncu iki gündə isə ayrı-ayrı alətlər üzrə final yarışları keçiriləcək. Yeni ildən qüvvəyə minən qaydalara əsasən, kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

2015-ci ildən etibarən Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə Dünya kuboku mərhələlərinin keçirilməsi artıq ənənə halını alıb. Belə irimiqyaslı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizdə gimnastikanın bütün növlərinin inkişafına böyük təkan verir.

Yarışlara martın 19-da yekun vurulacaq.





Bu yazı

26527 dəfə oxunub

Tarix

2017-03-16 16:03:32

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev