Fərid Qayıbov: “AGF mövcud olduğu 15 il ərzində özünün yüksək inkişaf səviyyəsinə çatıb”




Azərbaycan Gimnastika Federasiyası (AGF) mövcud olduğu 15 il ərzində özünün yüksək inkişaf səviyyəsinə çatıb və bunun nəticəsidir ki, digər ölkələr bizim təcrübəmizdən yararlanır.

"Olimpnews.az” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində AGF-nin baş katibi Fərid Qayıbov deyib.
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun yekunlarından danışan F.Qayıbov qeyd edib ki, federasiya növbəti yarışı da yüksək səviyyədə keçirib: "Biz bundan sonra da bu cür yarışlar keçirəcəyik. Bunun üçün bütün şərtlər var. Biz hər dəfə yeni bir şey etməyə çalışırıq”.

Federasiyanın baş katibi gimnastikasevərləri Marina Nekrasovanın sərbəst hərəkətlərdə Dünya kubokunun bürünc medalını qazanması münasibətilə təbrik edib və bildirib: "Biz bunu gözləyirdik. Mən hamını təbrik edirəm. Mən öz komandamla fəxr edirəm”.
F.Qayıbov qeyd edib ki, M.Nekrasovanın medalı son anda qazanıldı və bu ona 2015-ci ildə Minskdə keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatını xatırlatdı: "O zaman da azərbaycanlı gimnast Marina Durunda da medalı son anda qazanmışdı”.
Federasiyanın baş katibi bildirib ki, aprelin 28-30-da Bakıda növbəti gimnastika bayramı olacaq: "Bu dəfə Milli Gimnastika Arenası lent, ip, gürz və halqa ustalarının ixtiyarına veriləcək. Ən gözəl idman növünün azarkeşlərini zalda gözləyirik, ümid edirik ki, gimnastlarımız uğurla çıxış edəcəklər”.



Bu yazı

70337 dəfə oxunub

Tarix

2017-03-20 13:35:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev