Useyn Bolt karyerasını kədərli notlarla başa vurub




Dünən Londonda keçirilən atletika üzrə dünya çempionatında kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışının finalı oynanılıb.

Useyn Bolt, Omar Mcleod, Julian Forte və Yohan Blakın təmsil etdiyi Yamayka komandası yarışda uğursuzluqla qarşılaşıb. Belə ki, son 100 metr məsafəyə qaçan Olimpiya və dünya çempionu, rekordçu Useyn Bolt zədələnərək yarışı tamamlaya bilməyib.
Məşhur idmançı budəfəki dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanaraq idman karyerasını kədərli notlarla başa vurub.

Qeyd edək ki, kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışında birinci yeri Böyük Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə yaponiyalı atletlər qazanıb.



Bu yazı

28942 dəfə oxunub

Tarix

2017-08-14 09:44:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev