Vladimir Mutko Olimpiya Hərəkatından kənarlaşdırılıb




"Olimpnews.az" xəbər verir ki, Rusiya Federasiyasının vitse-prezidenti Vladimir Mutko İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət ərizəsi ilə müraciət edib. 

Müraciət Beynəlxalq Olimpiya Komitəsinin (BOK) onu ömürlük olaraq Olimpiya Hərəkatından uzaqlaşdırılması ilə bağlıdır.

Məlumat üçün bildirək ki, BOK dekabrın 5-də Vladimir Mutkonu Olimpiya Hərəkatından tamamilə uzaqlaşdırılması barədə qərar qəbul edib. Bu qərardan sonra Rusiya rəsmisi onun haqqında istintaq işləri başa çatana qədər Rusiya Futbol İttifaqının prezidenti vəzifəsindən də getməli olub.



Bu yazı

4184 dəfə oxunub

Tarix

2017-12-28 16:50:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook