Ötən ildə güləşçilərimiz 294 medal qazanıblar





Yola saldığımız 2017-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər. Güləş üzrə Azərbaycan yığmasının üzvləri 2017-ci ildə iştirak etdikləri beynəlxalq yarışlarda qaqzandıqları medallarla xalqımızı, idmansevərləri sevindiriblər. 

Belə ki, pəhləvanlarımız iştitrak etdikləri dünya və Avropa çempionatlarında və ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə, 99 medal qazanıblar. Bu medallardan 33-ü qızıl, 29-u gümüş, 37-i isə bürüncdür. Statistikaya nəzər salanda görürük ki, Azərbaycan güləşiləri ildən-ilə beynəlxalq yarışlarda qazandıqların medalların sayını artırırlar. Belə ki, 2009-cu ildən hesablamağa başlasaq, bunu çox aydın müşahidə etmiş olarıq: 2009-cu ildə – 47 medal, 2010 – 66, 2011- 67, 2012 - 71, 2013 - 70, 2014 - 65, 2015 – 82, 2016 – 86 və nəhayət, 2017-ci ildə 99 medal.

Böyüklər

2017-ci ilin əvvəlində dünya Kuboku yarışlarında ölkəmizi təmsil edən sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb. İran İslam Respublikasında keçirilən yarışları yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü yerdə başa vurublar.
Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında isə iki güləşçimiz Avropa çempionu tituluna layiq görülüb. Daha iki idmançımız gümüş, üç güləşçimiz isə bürünc medal qazanıb. Beləliklə, Avropa çempionatını 7 (2 qızıl, 2 gümüş və 3 bürünc) medalla başa vuran pəhləvanlarımız (sərbəst və qadın güləşi) komanda hesabında 2-ci nəticə göstəriblər.
Ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycfan güləş yığması 23 (12 qızıl, 6 gümüş və 5 bürünc) medala sahib olublar.

Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Yığmalarımız çempionatı 1 qızıl və 2 bürünc medalla başa vursa da, sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə dünya çempionu adını qazanması ilə güləş tariximizdə yeni səhifə yazılıb.

Təmsilçilərimiz Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin dünya çempionatını 11( 2 qızıl, 3 gümüş və 6 bürünc) medalla başa vurublar. Sərbəst güləşçilərimiz komanda hesabında dünya çempionatının bürünc mükafatını qazanıb.

U-23

Güləş komandamız Macarıstanın Sombathey şəhərində keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını da uğurla başa vurub. Bu yarışda 11 (5 qızıl, 1 gümüş və 5 bürünc) medala sahib olan yığmamız Avropa çempionatının üçüncüsü olub. Yunan-Roma güləşçiləri isə 3 qızıl medalla çempionatı birinci yerdə başa burublar.

Ötən il tarixdə ilk dəfə Polşanın Bıdqoş şəhərində keçirilən 23 yaşa qədər güləşçilərin dünya çempionatında isə yığmamız 5 bürünc medal qazanıb.

Gənclər

Pəhləvanlarımız Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatını da uğurla başa vurublar. Ümumilikdə, 7 (3 qızıl, 3 gümüş və 1 bürünc) medala sahib olan komandanın sərbəst güləşçiləri yarışı 2-ci yerdə tamamlayıblar.

Güləş üzrə Azərbaycan yığması Finlandiyanın Tampere şəhərində keçirilən dünya çempionatında da 7 (1 qızıl, 1 gümüş və 5 bürünc) medala sahib olub.

Yeniyetmələr

2017-ci il yeniyetmə güləşçilərimiz üçün də yaddaqalan illərdəndir. Belə ki, pəhləvanlarımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıblar. 2016-cı ildə olduğu kimi ötən il də sərbəst güləşçilərimiz komanda hesabında ikinci yeri tutublar.

Güləşçilərimiz Yunanıstanın paytaxtı Afinada keçirilən dünya çempionatını da 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medalla başa vurublar. Sərbəst güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib.

Bundan başqa, yığma komandalarımız 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdən vətənə 195 (61 qızıl, 40 gümüş və 94 bürünc) medalla qayıdıblar.
Beləliklə, güləşçilərimiz 2017-ci il ərzində ümumilikdə, 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medala sahib çıxıblar. Qazanılan medallardan 136-sı yeniyetmə, 51-i isə gənc güləşçilərin payına düşür. U-23 Avropa və dünya çempionatlarında 16, böyüklərin yarışlarında yarışlarında isə il ərzində 91 medal əldə olunub. İl ərzində əldə edilən medalların 156-ı sərbəst, 102-i yunan-Roma, 36-ı isə qadın güləşçilərin payına düşür.







Bu yazı

17836 dəfə oxunub

Tarix

2018-01-12 10:05:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook