Futzalçılar Bakıda keçiriləcək Türk Universiadasında iştirak edəcəklər


Aprelin 4-dən 11-dək Bakıda Birinci Türk Universitetləri İdman Oyunları (Türk Universiadası) keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, Türk Universiadasının proqramına daxil edilən idman oyunları arasında futzal da var.

Millimiz Universiadada iştirak edəcək. Qaydalara əsasən, yarışda turnirin startınadək 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər. Millimiz qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaq.

Oyunlar aprelin 5-də, 6-da və 8-də Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.

Futzal üzrə milli komandamız bu gündən etibarən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda məşqlərini Bakı İdman Sarayında həyata keçirir. Məşqlərə 18 futzalçı dəvət edilib. Oyunlar zamanı isə baş məşqçi 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçının xidmətindən istifadə edə biləcək.




Bu yazı

13431 dəfə oxunub

Tarix

2018-03-30 12:34:45

Yazını

Çap et

Yazını

Paylaş