Dünya və Avropa çempionu hakimlik etdi





Martın 23-dən 29-dək Ağır Atletika Akademiyasında növbəti ölkə çempionatı keçirilib. 

Ölkəmizin ən güclü atletlərinin mübarizəsini baş həkim, Sabunçu RPİ-nin əməkdaşı, polis mayoru Asif Məlikov idarə edib.
Üçqat dünya və Avropa çempionu, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim Asif Məlikov bu qəbildən olan yarışların idarə olunmasında böyük təcrübə əldə edib. Dəfələrlə yeniyetmə və gənclər arasında beynəlxalq miqyaslı yarışlarda adı ən ədalətli hakimlər sırasında çəkilib.
Təmsilçimiz yarış təəssüratlarını bölüşərkən bildirdi ki, son illər Olimpiya idman növlərindən olan ağır atletika ölkəmizdə intibah dövrünü yaşayır. Elə son çempionatda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 440-dan çox idmançı gücünü sınayıb. Bölgələrdən olan ağır atletiklərin ümidverici çıxışları daha yüksək nəticələr əldə edəcəyimizə zəmin yaradır.




Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı





Bu yazı

31244 dəfə oxunub

Tarix

2018-04-05 16:46:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev