Triatlonçumuz Dünya kubokunda uğurla çıxış etdi




Triatlon üzrə Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov Çinin Çenqdu şəhərində keçirilən Dünya kubokunda qızıl medal qazanıb.
Yarış iki mərhələdən ibarət olub. Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav yarımfinalda 5-ci olub və finala yüksəlib. İdmançımız finalda 500 metrlik su məsafəsini 6 dəqiqə 29 saniyəyə başa vurub. Sonra 10 kilometrlik veloyürüşü 13 dəqiqə 43 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 2,5 kilometr məsafəyə qaçış üzrə isə R.Pevtsov 7 dəqiqə 3 saniyəlik nəticə göstərib. Ümumi hesablamada 28 dəqiqə 18 saniyə vaxt göstəricisi ilə R.Pevtsov birinci yerə layiq görülüb.
Xatırladaq ki, triatlonçumuz cari mövsümdə Las Palmasda keçirilən Avropa kubokunda ikinci olub və Misirin Şarm əş-Şeyx şəhərində təşkil olunan Açıq Afrika kuboku yarışlarında gümüş medal qazanıb.


Bu yazı

2539 dəfə oxunub

Tarix

2018-05-08 16:33:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook