Boksçularımızın Olimpiadada "bürünc sindrom"u - YAZI
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının başlamasına sayılı günlər qalıb.
Güləşçimizin məqsədi ikiqat Olimpiya çempionu olmaqdır
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına bir aydan da az vaxt qalır.
Olqa İsmayılova: “Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf və məsuliyyətdir”
Bu il Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında ölkəmiz velosiped idman növü üzrə 3 idmançı ilə təmsil olunacaq.
Jurnalistlərin seçki sahəsində hüquqi maarifləndirilməsinə həsr olunmuş konfrans keçirilmişdir
Dekabrın 15-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda konfrans keçirilib.
KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edildi
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
18 Oktyabr tariximizin şanlı səhifələrindən biridir
Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. 1918-ci ildə Azərbaycanda Demokratik Respublika qurulub. Lakin xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti cəmi 23 aydan sonra süqut edib.
“Tələbələrimizin milli ruhda tərbiyələndirilməsi hər zaman dövlətimizin diqqət mərkəzində olub”
İdman gənc nəslin sağlam formalaşması üçün ən yaxşı vasitələrdən biridir. Buna görə də onların savadı, geniş dünya görüşünə malik olması ilə yanaşı, sağlamlığı da daima diqqət mərkəzindədir. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirdlər həyata keçirilir, yeni layihələr tərtib edilir. Respublikamızın ali məktəblərində də idmanın inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, Azərbaycan idmanını beynəlxalq miqyaslı yarışlarda layiqincə təmsil edən idmançıların arasında tələbələr az deyil. Ölkədaxili yarışlarda iştirak edən idmançılar isə məhz orta və ali təhsil müəssisələrinin yetirmələridir. Orta məktəblərdə keçirilən kütləvi idman tədbirləri zaman keçdikcə öz növbəsini ali məktəblərdə təşkil olunan yarışlara təhvil verir. Ali təhsil müəssisələri arasında keçirilən universiada bu qəbildən olan yarışlara daxildir. Ölkənin aparıcı ali təhsil ocaqlarının tələbələri öz fiziki qüvvələrini bu universiadalarda nümayiş etdirirlər. Bu isə Azərbaycanın gələcəyə doğru uğurla addımlayan gənclərinin sağlam formalaşmasına xidmət edir. İllər ötdükcə ölkəmizdə həyatın bütün sahələri ilə birgə, idmanda da böyük nailiyyətlər qazanılıb. Respublikamızda bu sahəyə daima diqqət və qayğı göstərilir, xalqımızın, o cümlədən də gənc nəslin sağlam ruhda tərbiyə olunması, fiziki hazırlığının inkişaf etdirilməsi məqsədilə mühüm addımlar atılır. Məhz bu diqqət və qayğı nəticəsində respublikamızın idmançıları dünya arenalarında ölkəmizin şərəfini ləyaqətlə qoruyurlar. Gənclər arasında müntəzəm olaraq müxtəlif idman tədbirləri də təşkil olunur, onların beynəlxalq arenalarda çıxışları üçün imkanlar yaradılır. Ölkəmizin ali təhsil müəssisələrində tələbələrin idmanla məşğul olmaları üçün şərait yaradılıb, məktəblərin idman bazaları zənginləşdirilib.
“Vətənə, doğulduğu yurda məhəbbət hissləri insanda erkən yaşlarından tərbiyə edilməlidir”
Buyaxınlarda Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirakı ilə informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. R.Mehdiyev Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq, nizam-intizam, silah-sursat, texniki təchizat və döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusu olduğunu vurğulayıb.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir”
Azərbaycan Respublikası üçüncü minilliyə müstəqillik qazanmış bir ölkə kimi daxil oldu. Müstəqilliyimiz ölkəmizin çiçəklənməsinə, güclənməsinə, bütün dünyada nüfuz qazanmasına şərait yaratdı. Əlbəttə, müstəqillik heç də asanlıqla əldə olunmadı.
Azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsasını təşkil edir
Hər bir şəxsin vətənpərvərlik ruhunda tərbiyə olunması vacib amillərdən biridir. Mütəxəssislərin fikrincə, siyasi, hüquqi mədəniyyət, vətənpərvərlik və millətlərarası münasibətlər dövlətin hər bir üzvünə məxsus olan əhəmiyyətli keyfiyyətdir. Ona görə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli mənafe baxımından əhəmiyyətlidir. Vətənpərvərlik öz vətənini sevmək, onu qorumaq, lazım gələrsə vətən yolunda canını fəda etmək deməkdir. Vətənpərvərlik vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq, hər bir fərdin doğma vətəni layiqincə təmsil etməsidir.
Dövlət atributlarına hörmət cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə xidmət edir
Tarixi mənbələr, maddi mədəniyyət və incəsənt abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri olub. Həmçinin ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanələri də dövlət rəmzlərini ifadə edib. Məsələn, Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi qəbul olunmuşdu. Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı. Ayrı-ayrı dövrlərdə qeydə alınan bu emblemlər müxtəlif olmasına baxmayaraq, mahiyyət etibarı ilə eyni funksiyaları daşımışlar. Ümumilikdə isə, hər bir atribut məxsus olduğu dövlətin xarakterini, milli adət-ənənələrini əks etdirmişdir.
“Xalqımız nə səni, nə də başqa şəhidlərimizi unutmayacaq”
Azadlıq, müstəqillik hər bir xalq, hər bir millət üçün böyük nemətdir. Bütün xalqlar ona qovuşmağı özlərinin əzəli və əbədi arzusu hesab edir, bu yolda qətiyyətlə çarpışırlar.
Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunur
Azərbaycanda səfərdə olan Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanu avqustun 18-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül dəstəsi qoyub.
Vətənpərvərlik insanın daxili zənginliyidir
Hər bir insanı el-obasına, yurduna, Vətəninə bağlayan ali keyfiyyətlər sırasında vətənpərvərlik hissi müstəsnalıq təşkil edir. Bu ali hiss bəşər övladını bütün varlığı ilə doğulub-boya başa çatdığı torpağa ruhən bağlayır, onda milli qürür və təəssübkeşlik duyğularını gücləndirir.
Azərbaycan dövlətinin sülhsevər siyasəti bölgədə sabitliyin təminatçısıdır
Ölkəmizdə təhlükəsizliyimizin təmin edilməsi üçün bütün tədbirlər görülür. Biz sərhədlərimizin qorunmasını gücləndirməliyik. Dövlətimiz buna artıq nail olub.
Azərbaycan dövlətinin sülhsevər siyasəti bölgədə sabitliyin təminatçısıdır
Sabitlik, dinamik iqtisadi inkişaf, güclü ordu quruculuğu müasir Azərbaycanda aparılan ən böyük işlərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb.
İdman gənclərin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır
Bəşər sivilizasiyasının əsasında duran humanist ideallardan biri də gənclərin ahəngdar və harmonik inkişafını təmin etməkdir. Fəaliyyətin bütün sahələrində (elm, incəsənət, idman və s.) aparıcı rol oynayan bu ideal gənclərin kamillik zirvəsinə çatmasında əvəzsiz rol oynayır.
Qəhrəmanlarımızla fəxr edirik
Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq bizim vətəndaşlıq borcumuzdur. Ərazisinin 20 faizi düşmən əsarəti altında olan vətənimiz bizdən daha böyük hünərlər gözləyir.
Vətənə olan ülvi məhəbbət ən güclü silahdır
Hər bir gənc həyatının bu dövründən bacardığı qədər səmərəli istifadə etməlidir. Çünki gənclik dövründə boş, mənasız keçirilən hər gün sonra böyük itkilərə gətirib çıxarır. Gənc nəslin nümayəndələri mükəmməl təhsil almalı, günümüzün inkişafı və tələbləri ilə ayaqlaşmalıdırlar.
Vətən sevgisi əxlaqi-mənəvi keyfiyyətlər sırasında yer alır
Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır və bu imkanlardan geniş şəkildə istifadə olunur.
“Vətənpərvərlik tanrı vergisidir, o, hər kəsə nəsib olmur”
Zəminə Xınalı müasir Azərbaycan poeziyasında kifayət qədər tanınan şairlərimizdəndir. Onun yaradıcılığı haqqında müxtəlif vaxtlarda müxtəlif fikirlər səsləndirilib, təhlillər aparılıb. Zəminə xanımı digər şairələrdən fərqləndirən cəhət onun daha çox vətənpərvərlik mövzusunda yazmasıdır.
“Vətən sevgisi onun üçün hər şeydən üstün idi”
Hər bir insanın qəlb evində müqəddəs, ülvi hiss vardır. Bu vətənə, dogma torpağa olan məhəbbət duyğusudur. Vətən eşqi, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən bir hissdir və bu hiss yurdun qorunmasında, müdafiəsində daha qabarıq şəkildə özünü göstərir.
Dövlət Proqramının əsas məqsədi Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirməkdir
Azərbaycanın gənc nəsli müstəqilliyimiz, suverenliyimiz uğrunda aparılan çətin mübarizədə həmişə fərqlənib. Torpaqlarımızın işğal altından azad olunması uğrunda aparılan mübaribədə də gənclər aparıcı rol oynayırlar. Təsadüfi deyil ki, müharibədə şəhid olanların, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclərdir. Elə öz şücaəti, qəhrəmanlığı sayəsində ən böyük ada - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərin də sırasında gənclər çoxluq təşkil edir. Bu, Azərbaycan gəncliyinin öz Vətəninə, torpağına, elinə, obasına olan sədaqətinin göstəricisidir.
Xalqımız öz yurduna bağlıdır
Xalqımız gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və bu işə əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, həyatın bütün çətinliklərinə sinə gərmək bacarığı aşılayır.
Gənclərin orduya hazırlığı təhsil müəssisələrində də diqqətdən kənarda qalmır
Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, ideyaları əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlətin gənclər siyasətinin əsas prinsiplərini özündə əks etdirir.
“Vətəni qorumaq hər birimizin borcudur”
Ölkəmizdə inkişaf etmiş döyüş növlərindən olan kikboksinq idman növündə kifayət qədər peşəkar, təcrübəli və titullu idmançılarımız var. Hazırda kikboksçularımız bir sıra nüfuzlu yarışlarda öz sözlərini deyir, ən güclü ölkələrin idmançıları üçün ciddi rəqib hesab olunur, bir sözlə, aparıcı mövqelərdə dayanırlar.
Məktəblilərin hərbi paradı şagirdlərdə hərb sənətinə maraq oyadır
Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəb ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın adət ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini inkişaf etdirməlidir.
Uşaqların layiqli vətəndaş kimi böyüməsində cəmiyyətin rolu böyükdür
Vətən anlayışı insanın yaranışı ilə meydana gəlib. İnsan yaranışdan sonra çoxalaraq yer kürəsinin müxtəlif yerlərində yayılmağa başlayıb. Bunun nəticəsində də tayfalar, qəbilələr, millətlər, xalqlar meydana gəlib. Daha sonra bu xalqların özünəməxsus daimi yaşayış yeri, dili, adət-ənənələri və s. ortaya çıxıb. Beləliklə, zaman keçdikcə xalqlar daha da çoxalıb, onların coğrafi əraziləri də bir-birindən müəyyən məsafələrə ayrılmağa başlayıb. Nəticədə, bu xalqlar məskunlaşdıqları yerləri vətən adlandırıblar.
SON XƏBƏRLƏR
Medal sayı
Facebook