“Hər kəs öz işi ilə vətənə xidmət edə bilər”
Elə şəxsiyyətlər var ki, onların tərcümeyi-halı xalqına xidməti əks etdirən səmərəli fəaliyyətlə zəngindir. Belə tərcümeyi-hal isə hər insana nəsib olmur.
Hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilib
Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm vəzifələrdən biridir.
Vətənpərvərlik hər bir insanda fədakarlıq, əməyə münasibət və mübarizlik hissi yaradır
Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu, əvəzolunmaz xoşbəxtlikdir.
Tarixin müxtəlif dövrlərində törədilən soyqırımlar xalqımızın yaddaşında silinməz iz qoyub
Ümumiyyətlə, soyqırımı nədir? Beynəlxalq hüquq sənədlərində bu anlayış öz əksini necə tapmışdır və bunu Azərbaycan tarixinin hər hansı dövrünə hansı əsaslarla aid etmək olar?
Sabahın əsgəri həm də sərrast atıcı olmalıdır
Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri gənc nəslin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam formalaşmasına xidmət etməkdir.
Vətənpərvərlik hissi insanları birləşdirir, mübarizliyə səsləyir
Vətən kəlməsi böyük və geniş bir məna kəsb edir. Bu sözün məzmunu, qayəsi həm yüksək, həm də hikmətlidir.
“Hamımızın bir Vətəni vardır -Azərbaycan”
Müstəqillik dövründə Azərbaycan Respublikası milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir.
31 mart Azərbaycan tarixinin qanla yazılmış səhifəsidir
XX əsrin əvvəllərində dünyada baş vermiş böyük tarixi hadisələr - Birinci Dünya Müharibəsi (1914-1918-ci illər), Rusiya fevral burjua inqilabı və 1917-ci il siyasi çevrilişi nəticəsində dünyanın ictimai-iqtisadi və siyasi sistemində parçalanmalar yaratmışdı.
Azərbaycan gəncliyi dövlət quruculuğunda fəallığı ilə seçilir
Son illər ölkə iqtisadiyyatında müşahidə edilən canlanma vətəndaşların maddi vəziyyətinin yaxşılaşmasına, dövlətin və hökumətin qarşıya çıxan problemlərə həssaslıqla yanaşmasına şərait yaradıb. Rifahı, həyat şəraiti yüksələn Azərbaycan vətəndaşları dövlətimizin çiçəklənməsi üçün əllərindən gələni əsirgəmirlər.
Xocalı faciəsi xalqımızın mübarizə əzmini qıra bilmədi
1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı günlərindən birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən dağıdıldı.
“Araz müharibənin ağrı-acısını öz qəlbində daşıyırdı”
Azadlıq, müstəqillik hər bir xalq, hər bir millət üçün böyük nemətdir. Bütün xalqlar ona qovuşmağı özlərinin əzəli və əbədi arzusu hesab edir, bu yolda qətiyyətlə çarpışırlar.
Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar
Həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin səsi eşidilməsin, fədakar zəhməti, hərarətli nəfəsi hiss olunmasın.
Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən böyük cinayətdir
Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı uzun illər ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb.
Onlar vətən uğrunda canlarını əsirgəmədilər
1991-ci il oktyabırn 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü - müstəqil inkişaf dövrü başlandı.
Vətən uğrunda canlarından keçənlər unudulmurlar
Təqvimə qara hərflərlə yazıldı bu tarix. Bu, o tarixdir ki, həmişə bizimlə yaşayacaq. Bu, o tarixdir ki, heç vaxt yaddaşlardan silinməyəcək! Bu, elə bir ağrıdır ki, ürəyində vətən qeyrəti, vətən sevgisi olan hər bir azərbaycanlını göynədəcək, qəlbini yandıracaq!
20 Yanvar faciəsi xalqımızın vətənpərvərlik səlnaməsidir
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir qəhrəmanlıq səhifəsidir. Bu, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun əsaslı mərhələsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ən aktual məsələdir
Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir bu və ya digər hadisələrə öz münasibətlərini bildirir.
Vətən ülvi sevgiyə layiq müqəddəs məkandır
Vətən - bir millətin əsrlər boyu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin birləşdiyi məkandır. Bu məkan ana qucağı kimi isti, ata qoynu kimi etibarlıdır.
Yevlaxda “İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət” mövzusunda regional konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə dekabrın 28-da Yevlax şəhərində Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün “İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət” mövzusunda regional konfrans keçirilib.
Jurnalistlərə mənzillərinin sənəd və açarları təqdim edildi
Dekabrın 24-də Səbayıl rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş yeni yaşayış binasından mənzil alan media işçilərinə evlərin sənədlərinin və açarlarının təqdim olunması, eləcə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Milli ideologiya dünya azərbaycanlılarını həmrəyliyə, bütövlüyə səsləyir
Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu, əvəzolunmaz xoşbəxtlikdir.
Azərbaycan gəncləri vətənə, dövlətimizə sədaqət ruhunda böyüyür
Hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində mühüm yerlərdən birini tutur.
Azərbaycan hərb tarixinin araşdırılması və öyrənilməsi ordu quruculuğunun tərkib hissəsidir
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi günümüzün vacib məsələlərindəndir. Bugünkü gənclərimiz yüksək mənəviyyata, müqəddəs amallara malik olmalı, vətənpərvər ruhda böyüməli, millətinə, vətəninə sadiqlik nümayiş etdirməlidirlər. Hər bir gənc vətənini sevməli, onun ucalması uğrunda canından belə keçməyə hazır olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Gənc nəslin milli mənlik şüurunun inkişaf etməsində, onların vətənpərvər ruhda tərbiyə almasında bir çox amillər mühüm rol oynayır.
Vətən sevgisi əzəli və əbədi qəlb odudur, o heç vaxt sönmür
Vətən torpağı bizim səcdəgahımızdır, müqəddəs and yerimizdir. Əsl vətəndaş odur ki, vətənini ürəyi, canı və qanı kimi sevsin, onun hər qarış torpağı üçün özünü fəda etsin.
“Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır
Azərbaycan dövləti vətəndaşlarının uğurlu gələcəyini təmin etmək üçün onların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparır.
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət gənclərin vətənpərvərlik ruhunda böyüməsinə zəmin yaradır
İnsanın vətənpərvərlik hissinə malik olması onun ən ali əxlaqi-mənəvi məziyyətləri arasında birincilərdən hesab olunur.
Vətənə sevgi, torpağa bağlılıq uşaq yaşlarından formalaşdırılmalıdır
Vətəni sevmək vətən üçün hər fədakarlığa hazır olmaq deməkdir. Vətən sevgisi bir ölkənin gələcəyi üçün çalışmaq, ana dilini, doğma yurdunun tarixini dərindən bilmək və o tarixə, o dilə hörmət etmək deməkdir.
Milli dirçəliş vətənpərvərlikdən, yurd sevgisindən qaynaqlanır
Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq, suveren dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb.
Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin və cəmiyyətin rolu böyükdür
Bir xalqın mövcudluğu üçün sağlam gəncliyin olması ən vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
SON XƏBƏRLƏR
Medal sayı
Facebook