Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, Federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.