XIV Respublika Universiadası davam edir “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 2019-ci ilin mart-may aylarında ali təhsil müəssisələri tələbələri arasında XIV Respublika Universiadası keçirilir.
Sahib Ələkbərov UEC-in 32-ci konqresində iştirak edib İtaliyanın paytaxtı Romada Avropa Velosipedçilər Birliyinin (UEC) sayca 32-ci Konqresi keçirilib. Budəfəki konqresin əsas səciyyəvi cəhəti onun ilk dəfə olaraq Afrika Velosipedçilər Konfederasiyası ilə birgə təşkil edilməsi olub.
Azərbaycanda beynəlxalq seminar keçiriləcək Aprelin 13-14-də Azərbaycan Aykido Federasiyasının (AAF) prezidenti Fərhad Ələsgərovun rəhbərliyi ilə respublika seminarı keçiriləcək.
İdman kanalı yenilənəcək AzTV-də rəhbər dəyişikliyindən sonra dövlət televiziyasının tərkibində fəaliyyət göstərən "İdman Azərbaycan" kanalında da dəyişikliklər baş verdi. Hazırda idman kanalına direktor əvəzi Siyavuş Əliyev başçılıq edir.
İdmançı gənclərin mütaliəyə marağı böyükdür Kitabxanaların yaradılmasında zəmanəsinin ağıllı hökmdar və ziyalılarının xüsusi rolu olmuşdur. Belə ki, orta əsrlərdə Nəsrəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanasında 1258-1261-ci illərdə fəaliyyət göstərmiş kitabxana Azərbaycanın məşhur elmi kitabxanalarından sayılırdı. Səfəvi hökmdarı I Şah İsmayıl tərəfindən yaradılmış Təbriz Saray Kitabxanasında Şərqin böyük klassiklərinin əsərləri mühafizə olunurdu.
Yeni anlaşma memorandumu imzalanıb Martın 11-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və UNICEF arasında anlaşma memorandum imzalanıb.
Əsaslı təmirdən sonra idman zallarına baxış keçirilib Martın 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) əsaslı təmirdən sonra basketbol, voleybol, həndbol, ağırlıqqaldırma və boks idman zallarına baxış keçirilib.
Balakəndə məktəblilərin spartakiadası keçirilir 5 Mart- Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Balakəndə rayon məktəblilərinin VI Spartakiadası başlanıb. Martın 15-dək davam edəcək spartakiadada rayonun 35 məktəb komandasının tərkibində 1000 nəfərədək məktəbli idmançı 6 idman növü üzrə yarışır.