Karate yarışlarının təşkili ilə bağlı müzakirələr aparılıb Bugünlərdə Azəraycan Milli Karate Federasiyası (AMKF) rəhbərliyinin Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin 9 növ üzrə yarış meneceri İris Vlahovtsikov ilə görüşü keçirilib.
Qazaxıstanın karate üzrə yığma komandası ölkəmizdədir Qazaxıstanın karate üzrə böyüklərdən ibarət milli komandası təlim-məşq toplanışı keçirmək üçün Azərbaycan gəlib. Dünya karatesinin favoritlərindən sayılan Azərbaycan yığması ilə məşq təcrübə mübadiləsi məqsədi daşıyır.
Vado-ryuçular “Şua”da döyüşdülər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Şüa” İdman Sağlamlıq Kompleksində vado-ryu karate-do üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Mixael Şumaher həmişəlik komada qala bilər “Formula-1” yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaher Alp dağlarında xizəklə sürüşərkən başından aldığı güclü zərbə nəticəsində düşdüyü koma vəziyyətindən ayıla bilmir.
Karate hakimləri seminarda bir araya toplaşdılar Azərbaycan Milli Karate Federasiyası hakimlərin növbəti seminarını təşkil edib. Seminarda əsas məqsəd martın 9-da böyüklər arasında XXll Azərbaycan çempionatına hakimlərin hazırlığı məsələlər olub. Seminarda paytaxt və regionlardan 50-dək müxtəlif dərəcəli hakimlər iştirak etmişlər.
“Mən yenidən rinqə çıxacağam” Buyaxınlarda rusiyalı döyüşçü Aleksandr Yemelyanenko texniki nokautla Dmitrii Sonovskiyə məğlub olub.
Fri-faytinq 10 çəki dərəcəsi üzrə keçirildi Balaxanı Olimpiya İdman Kompleksində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş fri-faytinq döyüş növləri üzrə Bakı şəhər turniri keçirilib.
“Kharkov Open”də 14 medal Azərbaycan karateçiləri Ukraynada (Xarkov) keçirilən “Kharkov Open” beynəlxalq turnirindən 14 medalla qayıdıblar. Seçmə komandalarımızdan 14-15 yaşlı yeniyetmələri Roman Heydərov (kata) turnirin qalibi adını qazanıb, Fidan Teymurova, Şölə Həsənova və İsa Məmmədov üçüncü yerin sahibi olublar.
Qran-pri yarışlarının finalı Bakıda olacaq Azərbaycanda kikboksinq üzrə (K-1) Dünya Qran-prisinin final oyunları keçiriləcək. Final döyüşündə dörd idmançı çıxış edəcək.
Karateçilərimiz ilin ilk yarışından medalla dönürlər Karate üzrə Azərbaycan milli komandasının üzvləri Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Niyazi Əliyev (-67 kq) Fransanın paytaxtında keçirilən mötəbər “Paris Open” beynəlxalq turnirində bürünc medala sahib olublar.
Budoçular Biləsuvarda döyüşəcəklər Dekabrın 28-29-da Biləsuvar Olimpiya İdman Kompleksində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə beynəlxalq turnir keçiriləcək.
Karateçilərimiz dünya çempionatından kubok və medallarla qayıdıblar Bugünlərdə İtaliyanın Belqoma şəhərində karate-do üzrə dünya çempionatı keçirilib. 36 ölkədən 1500-ə yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan Karate-do Federasiyasının idmançıları da iştirak ediblər. Sevindirici haldır ki, yarışda komandamız 30-a yaxın medal qazanıb. Bunlardan 8-i qızıl, 12-si gümüş, qalanları isə bürüncdür.
Dünya çempionatında möhtəşəm qələbə Noyabrın 11-17-də Rusiyanın Medin şəhərində universal döyüş üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib.
Məşhur döyüşçü kafedə dava salıb Qarışıq döyüş növlərində məşhur olan rusiyalı idmançı Aleksandr Yemelyanko yenidən diqqət mərkəzinə düşüb: kafelərin birində dava saldığı üçün. Yayılan məlumatlara görə, 32 yaşlı təcrübəli döyüşçü Moskvada kafelərin birində bir nəfəri bərk döyüb.
İdmançılarımız qarışıq döyüş növləri üzrə dünya çempionatında qalib gəliblər Oktyabrın 25-də Bakıda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş qarışıq döyüş növləri üzrə dünya çempionatının qalibi Etiqad Atakişiyev və gümüş medalın sahibi Zaur Hacıbabayevin iştirakı ilə yarışın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
“Araz” İK-nın Masazırda yeni bölməsi fəaliyyətə başlayıb Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. İdmanın inkişafı və bədən tərbiyəsinin kütləviləşməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. İdmançılarımız mötəbər yarışlarda əldə etdikləri qələbələrlə onlara bəslənilən etimadı doğruldurlar. İndi beynəlxalq idman aləmində respublikamızın böyük nüfuzu var.
Karate ustalarımız qalib oldular Rusiyanın Sankt-Peterburq şəhərində döyüş idman növləri üzrə Dünya Oyunları keçirilir. Yarışların proqramında 15 döyüş növü nümayiş etdirilir.