Ulu öndərin xatirəsinə velosiped yürüşü Mayın 3-də Bakıda Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq.
Hərbçilərin ən güclüsü müəyyənləşdi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr, 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası, “İrəli” və “Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliklərinin təşkilatçılığı ilə “Silahlı Qüvvələr Kuboku” velosiped yarışı təşkil olunub. “Velopark”da keçirilən yarışda Silahlı Qüvvələrin müxtəlif qurumlarının 16 komandası iştirak edib.
Tour d’Azerbaidjan-2015: 5 gün ərzində 870 km Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” veloyürüşünün startına 21 gün qalır. Mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 870 km məsafə qət edəcəklər.
“Vuelta”nın qalibi “Tour d’Azerbaidjan”da Mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşünin iştirakçıları arasında kifayət qədər tanınmış velosipedçilər olacaq.
Dağ velosipedçilərimiz Sloveniyada təlim-məşq toplanışındadırlar Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək dağ velosipedi (MTB) üzrə Azərbaycan yığma komandası məsul yarışa hazırlığı Sloveniyada davam etdirir. Təlim-məşq prosesi çərçivəsində idmançılarımız beynəlxalq turnirlərdə də iştirak edirlər.
Federasiya kubokunun qalibləri müəyyənləşdi Xocahəsən Dağ Velosipedi Parkında idmanın bu növü üzrə açıq Federasiya Kuboku yarışı keçirilib. Bakı-2015 ilk Avropa Oyunlarının MTB üzrə yarışlarını qəbul edəcək məkanda təşkil olunan mövsümün açılış turnirində peşəkar idmançılarla yanaşı, həvəskarlar da iştirak edib.
Lanqkavi turunda 6-cı mərhələ Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Malayziyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük “Le Tour de Langkawi” yürüşündə mübarizəni davam etdirir. 22 komandanın iştirak etdiyi 8 günlük yürüşdə 6-cı mərhələ başa çatıb.
“Synergy Baku”nun Xorvatiya zəfəri Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” 2015-ci ildə ilk qələbəsini qazanıb. Xorvatiyada 30 komandanın iştirakı ilə təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Istrian Spring Trophy” yürüşü komandamızın üzvü Markus Eybegerin çempionluğu ilə yadda qalıb.
Veloyürüş maraqla qarşılandı 5 mart - Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmiləri idman ictimaiyyətinin nümayəndələri ilə birgə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının xatrəsini yad ediblər.
“Synergy Baku”dan ilin ilk uğuru və növbəti lisenziya xalları Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və “Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “Umag Trophy” yürüşündə uğurla çıxış edib. O, 161 km məsafəni 3 saat, 25 dəqiqə, 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub.
“Məktəbli Kuboku”nun qalibi müəyyənləşib Azərbaycan Velosiped İdmanı Federasiyası və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Məktəbli Kuboku” yarışı keçirilib. Yarışda Səbail rayonunun 12 məktəbinin komandası mübarizə aparıb.
Velosipedçimiz Rio-2016 Olimpiya Oyunlarına ilk lisenziya xalını qazanıb Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “İzola” Qran-pri yarışında Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb
Velosiped çilərimiz Portuqaliyada 2 qızıl medal qazandılar Azərbaycanın trek velosipedi üzrə yığma komandasının üzvləri növbəti uğura imza atıblar. İdmançılarımız Portuqaliyada təşkil olunan nüfuzlu yarışda 2 qızıl və 1 bürünc medal əldə ediblər.
Velosipedçimiz Fransada yüksək nəticə göstərib Fransada keçirilən velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı “Fenioux Piste International” turnirinə yekun vurulub. Yarışın 2-ci günü yığma komandamız növbəti qızıl medalını əldə edib.
Velosiped çilərimiz Bakı-2015-ə İspaniyada hazırlaşırlar İspaniyanın Kalpe şəhərində Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun, həmçinin Bakı-2015 birinci Avropa Oyunlarına hazırlaşan dağ velosipedi üzrə yığma komandamızın qış hazırlığı start götürüb.
Təlim-məşq prosesinin ilk günündə velosipedçilər məşqə çıxmazdan əvvəl qollarına qara sarğı bağlayaraq 20 Yanvar şəhidlərinin ruhuna ehtiramlarını bildiriblər.
Velosipedçimiz Dünya kubokunda uğurla yarışıb Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya kubokunun sonuncu, 3-cü mərhələsi davam edir. Planetin 46 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.
Qazaxıstan idman sahəsində yeni təklif irəli sürüb Qazaxıstan Milli İdman Növləri Assosiasiyası qazax milli oyunlarının pərəstişkarlarını paytaxtdakı Konqres-holla toplayaraq, ötənilki fəaliyyətinə yekun vurub.
Velosipedçimiz reklam çarxında Velosiped idmanının şose növü üzrə Azərbaycanın Elit yığmasının və “Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin Ukraynanın Lvov şəhərinin tanıtım reklamında yer alıb. O, reklam çarxında “Synergy Baku” komandasının formasında çəkilib.
Velosiped idmanı üzrə “Məktəbli kuboku” turnirinin qalibi müəyyənləşib “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğ olunması və yeni istedadların üzə çıxması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası “Məktəbli kuboku” layihəsinin icrasına başlayıb.