Avropa çempionatında yelkənçilərimizdən uğurlu çıxış
Haaqada Sxeveningen dəniz limanında “Optimist” sinfi üzrə Avropa çempionatı keçirilib. İyunun 23-dən 30-dək Optimist Avropa Çempionatı mükəmməl yelkən şəraitində baş tutub.
Üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb
Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 29-da Böyük Zirə adası - Dənizkənarı Milli Park marşrutu üzrə təşkil olunan üzgüçülük estafetinin qalibləri mükafatlandırılıb.
Güc strukturları arasında üzgüçülük yarışı keçiriləcək
İyunun 29-da Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı güc strukturları arasında üzgüçülük üzrə estafet yarışları keçiriləcək
Həvəskarlar üzgüçülük turnirində yarışıblar - FOTOLAR
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA), “Olimpiya dünyası” qəzeti və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş həvəskarlararası üzgüçülük yarışı keçirilib.
Üzgüçülük Federasiyasının yeni prezidenti seçilib
Azərbaycan Üzgüçülük Federasiyasının hesabat-seçki konfransı keçirilib
Bakıda Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi işə başlayıb
Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi işə başlayıb.
Kayakçımızdan dünya kubokunda iki medal
Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya Çexiyanın Raçitse şəhərində keçirilən ikinci dünya kuboku yarışlarında uğurla çıxış edib.
Mingəçevirdə ilin ilk beynəlxalq reqatası keçirildi
Aprelin 1-dən 3-dək Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Prezident kuboku” reqatası keçirildi.
Üzgüçümüz Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan üzgüçüsü Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Üzgüçümüz Maksim Şemberev Berlində keçirilmiş “Swim Meeting” beynəlxalq turnirində qızıl və gümüş medallara sahib olub.
Olimpiya çempionu ağır xəstəliyə düçar oldu
Üzgüçülük üzrə hollandiyalı Olimpiya çempionu İnqe Dekkerdə xərçəng xəstəliyi aşkarlanıb
Avarçəkənlər Beynəlxalq Prezident Kuboku Reqatasında güclərini sınadılar
Mingəçevirdəki “Kür” Olimpiya və Avarçəkmə Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku Reqatası keçirilib.
Jurnalistlər Su İdmanı Sarayında olublar
Oktyabrın 8-də KİV nümayəndələri üçün birinci Avropa Oyunlarının idman obyektlərindən birinə - Su İdmanı Sarayına ekskursiya təşkil edilib.
Azərbaycan ilk dəfə kanoe-slalom növündə Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Böyük Britaniyanın paytaxtı Londonda 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kanoe-slalom üzrə dünya çempionatı keçirilib. Nüfuzlu reqatada Azərbaycanı Yure Meqliç təmsil edib.
Naxçıvanda üzgüçülük üzrə yarış yekunlaşıb
Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Avarçəkənlərimiz Rio-de Janeyro-2016 Olimpiadasına üç lisenziya qazandılar
İtaliyanın Milan şəhərində keçirilən avarçəkmə üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, avarçəkənlərimiz İnna Osipenko-Rodomska və Valentin Demyanenko gələn il keçiriləcək Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Avarçəkənlərimiz Rio-2016 Olimpiadasına lisenziya qazanıblar
Dünya çempionatında Rio-2016-ya lisenziya qazanmağa nail ola bilməyənlərə 2016-cı ilin mayında Almaniyanın Duysburq şəhərində keçiriləcək Avropa təsnifat reqatasında çıxış etmək şansı veriləcək
Üzgüçülük tarixində yeni rekord
Amerikalı gənc atlet Keyti Ledeki Kazanda keçirilən dünya çempionatında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında qalib gələrək yeni bir rekorda sahib olub.
Üzgüçülük yarışında 80 nəfər mübarizə aparıb
Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin məhəllə və mikrorayonları arasında keçirilən üzgüçülük yarışı başa çatıb.
Üzgüçülük üzrə çempionat keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun və FHN Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə iyulun 24-də nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş üzgüçülük üzrə çempionat keçirilib.
Paralimpiyaçılarımız dünya çempionatında 5 medal qazanıblar
Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən üzgüçülük üzrə dünya çempionatına yekun vurulub. Yarışların son günündə Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idmanı üzrə 2 idmançısı daha 3 medal əldə edib.
Aşkar favoritlər Bakı-2015-ə böyükhesablı qələbə ilə başladılar
İyunun 12-də su polosu yarışlarının qrup mərhələsi çərçivəsində 6 görüş keçirildi
Avropa Oyunlarında sinxron üzgüçülərin təsnifat mərhələsinə yekun vuruldu
Birinci Avropa oyunlarının açılış mərasimindən əvvəl sinxron üzgüçülərin mübarizəsinə start verildi
Su İdmanı Sarayı beynəlxalq turnirə ev sahibliyi edir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 6-da Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən su polosu üzrə beynəlxalq turnirə start verilib.
Azyaşlılar arasında üzgüçülük yarışı keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və “Start” İdman Sağlamlıq Kompleksinin birgə təşkilatçılığı ilə azyaşlılar arasında üzgüçülük yarışı keçirilib.
Üzgüçülük üzrə seminar yekunlaşıb
Şəmkir Olimpiya İdman Kompleksində Gürcüstan və Azərbaycan üzgüçüləri arasında seminar keçirilib. Seminarın təşkil olunmasında əsas məqsəd, hər iki ölkə üzgüçüləri arasında təcrübə mübadiləsi aparmaq, idmançıların hazırlıq səviyyəsini daha da artırmaq və iki ölkə üzgüçüləri arasında dostluq münasibətləri yaratmaqdan ibarət olub.
Mingəçevirdə test xarakterli “Prezident kuboku” reqatası keçirildi
Aprelin 3-dən 5-dək Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Prezident kuboku” reqatası keçirildi. 100-dək avarçəkənin qatıldığı yarışda Azərbaycanı hər 3 növ üzrə 70-dək idmançı təmsil etdi.
Avarçəkənimiz “yüksələn ulduz” seçilib
Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) Azərbaycan idmançısı Boris Yotovu dekabr ayının “yüksələn ulduz”u (“Rising star”) seçib. Bununla bağlı FİSA-nın rəsmi saytında xəbər və idmançının özü ilə blits-müsahibə yerləşdirilib.
Üzgüçülərimiz Dohaya yola düşüblər
Azərbaycanın üzgüçülük üzrə yığma komandası 25 metrlik hovuzda üzmə üzrə dünya çempionatında iştirak etmək üçün noyabrın 30-da Dohaya (Qətər) yola düşüb.
Üzgüçülərimiz beynəlxalq turnirə Xaçmazda hazırlaşırlar
Üzgüçülük üzrə Azərbaycan yığma komandası Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Noyabrın 9-dan başlayan hazırlıqlarda 14 üzgüçü və 4 məşqçi iştirak edir.
Olimpiya çempionu cəzalandırıldı
Olimpiya çempionu 6 ay müddətinə cəzalandırılıb. ABŞ Üzgüçülük Federasiyası sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə, Olimpiya çempionu Maykl Felpsi milli komandanın heyətindən altı aylıq uzaqlaşdırıb.
Geri 1 2 3 İrəli