Fransanın www.francsjeux.com saytı: “Bakı, hər şey hazırdır”
Fransanın www.francsjeux.com saytında “Bakı, hər şey hazırdır” sərlövhəli məqalə yerləşdirilib.
II Avropa Oyunlarına Niderland ev sahibliyi edəcək
Niderland 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək
“NTV spor” birinci Avropa Oyunlarını canlı yayımlayacaq
Türkiyənin “NTV spor” televiziya kanalı Bakı-2015 birinci Avropa Oyunlarını hər gün yeddi saat canlı yayımlayacaq.
Ölkəmiz kamandan oxatma yarışlarında gənc komanda ilə təmsil olunacaq
Bakı-2015 birinci Avropa Oyunlarında köhnə qitənin adlı-sanlı oxatanları mübarizə aparacaqlar. Azərbaycan idmanın bu növündə gənc komanda ilə təmsil olunacaq.
Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlərin 60 faizi satılıb
İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına bilet satışı davam edir.
Birinci Avropa Oyunlarında Avstriyanın 145 idmançısı yarışacaq
Avstriya Milli Olimpiya Komitəsi Bakı-2015 ilk Avropa Oyunlarında mübarizə aparacaq idmançıları müəyyənləşdirib. Avstriyanı Azərbaycanda 145 idmançı təmsil edəcək. Heyətdə yer alan 15 idmançı Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Birinci Avropa Oyunlarının məşəli bölgələri qarış-qarış dolanır
Ölkəmizin şəhər və rayonlarını dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 7-də İmişlidən Qarabağ torpağına - cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirildi.
“Vətənimizdə mübarizə aparacağım üçün fəxr edirəm”
“Bakı-2015 ilk Avropa Oyunlarında mübarizə aparacaq ən gənc idmançılardan biriyəm. Mənim belə mötəbər yarışlarda iştirak etmək təcrübəm yoxdur. Bu amil bəzən məni narahat edir. Lakin, eyni zamanda, bu, məni turnirdə uğurla çıxış etməyə ruhlandırır”.
Məşəl Avropa Oyunlarına və bizi qələbələrə aparan yolları işıqlandırır
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da qədim od məbədi Atəşgahda Birinci Avropa Oyunlarının məşəlini yandırdı. Məşəli başı üstündə bayraq kimi tutan Prezident qürur hissi ilə xalqımızın milli mənəvi dəyərlərini bütün dünyaya nümayiş etdirdi.
Yunanıstanın Olimpiya Muzeyinə birinci Avropa Oyunlarının bayrağı təqdim olunub
Portuqaliyalı velosipedçi Xorxe Kritovao Lissabondan Bakıya velosipedlə etdiyi səfərin 30-cu günündə Yunanıstanın Saloniki şəhərindəki Olimpiya muzeyində olub.
Brüsseldə keçirilən “Avropa idman gecəsi”ndə Bakı-2015 təqdim edilib
Brüsseldə keçirilən “Avropa idman gecəsi”ndə Bakı-2015 birinci Avropa Oyunları təqdim olunub. Tədbir Avropa Olimpiya Komitəsinin Avropa İttifaqı yanındakı ofisi və Almaniyanın Hessen əyalətinin birgə təşkilatçılığı ilə keçirilib.
Avropa Oyunlarının məşəli Naftalana yola salınıb
Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Bərdədən Goranboy rayonuna gətirilib
Paytaxtda “Alovqoruyanlar”ın yürüşü keçirilib
Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) könüllülərlə iş departamenti mayın 11-də birinci Avropa Oyunları “Alovqoruyanları”nın yürüşünü təşkil edib
"I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti"
Bu gün Azərbaycan məsul bir tədbir, tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ərəfəsindədir. Ölkəmizin bu cür mötəbər yarışa ev sahbiliyi hüququnu qazanması Azərbaycanın qüdrətini bir daha nümayiş etdirir. Bəlkə də uzun illər əvvəl, bunu yalnız arzulaya bilər və yaxud ölkəmizin bu cür irimiqyaslı tədbirə ev sahibliyi etməsinə ümidsiz yanaşa bilərdik.
AZƏRTAC Bakı-2015-in rəsmi media tərəfdaşıdır
Mayın 11-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb
Birinci Avropa Oyunlarının məşəli bölgələrdə bayram əhval-ruhiyyəsi ilə qarşılanır
Mayın 5-də Neftçala rayonunda yandırılan birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərinə gətirilib. Rayon sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar. Şirvan şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub. Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi qəbul etdi.
Qətərdə Avropa Oyunlarının təqdimatı keçirilib
Mayın 6-11-də Qətərin paytaxtı Doha şəhərində güləş üzrə böyüklər arasında Asiya çempionatı keçiriləcək. Çempionatdan öncə Dünya Güləş Birliyi Asiya Şurasının növbəti Konqresi keçirilib. Konqresdə gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı da keçirilib.
Rusiyanın Krasnodar vilayətinin üç gimnastı ilk Avropa Oyunlarında iştirak hüququ qazanıb
Rusiyanın Krasnodar vilayətindən üç atlet Bakı-2015 ilk Avropa Oyunlarının akrobatika gimnastikası yarışlarında iştirak hüququ qazanıb.
Vasiliki Vouqiouka: “İlk Avropa Oyunlarında iştirak edəcəyim üçün çox sevinirəm”
“Bakı-2015 birinci Avropa Oyunlarında iştirak edəcəyim üçün çox sevinirəm”. Bu sözləri ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi yunanıstanlı Vasiliki Vouqiouka mötəbər idman yarışı barədə danışarkən deyib.
Bakı-2015 yarışların Avropada və Mərkəzi Asiyada nümayiş olunmasını təmin edəcək yeni sazişlər imzalayıb
Bakı-2015 idman yarışlarının Avropa və Mərkəzi Asiyada nümayişini təmin edəcək yeni sazişlər imzalayıb. Bakı-2015 ilk Avropa Oyunları NOS (Nollandiya), “DIGISport” (Çexiya), TV6 (Litva), ORF (Avstriya) və “Setanta Sports Eurasia” (Türkmənistan və Özbəkistan) ilə saziş bağlayıb.
Əcnəbi diplomatlar birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar
İsveçrədə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarından ibarət nümayəndə heyəti mayın 4-də Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində yaradılan şəraitlə tanış olub.
Serbiyanı Bakı-2015 ilk Avropa Oyunlarında 12 atıcı təmsil edəcək
Serbiya Atıcılıq Federasiyasının idman direktoru Sreçko Pejoviç Bakı-2015 ilk Avropa Oyunlarında bu ölkəni atıcılıq üzrə yarışlarda təmsil edəcək idmançıların adlarını açıqlayıb. Onun sözlərinə görə, yarışlarda mübarizə aparacaq 12 idmançı artıq müəyyənləşib və yüksək nəticələr əldə etmək üçün Serbiya yığması hazırlıqları davam etdirir.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin bəyanatı
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi “Amnesty International” beynəlxalq hüquq təşkilatının Avropa Oyunları ilə bağlı qeyri-dəqiq və qərəzli hesabatı ilə əlaqədar bəyanat yayıb
Kişi voleybolçularımız Avropa Oyunlarına Sloveniyada hazırlaşırlar
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk Avropa Oyunlarına hazırlığı Sloveniyada davam etdirir. Baş məşqçi Bülənt Qarslıoğlunun yetirmələri hazırlıq prosesi çərçivəsində iki yoxlama oyunu keçiriblər.
“Bakıya ilk Avropa Oyunları ərəfəsində səfər etməkdən çox məmnunam”
“Bakıya ilk Avropa Oyunları ərəfəsində səfər etməkdən çox məmnunam. Bilirəm ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır və bu mötəbər idman yarışı uğurla keçiriləcək. Səfər çərçivəsində biz Avropa Oyunlarına hazırlıq prosesi ilə də yaxından tanış olacağıq”.
Bakı-2015 ilk Avropa Oyunlarının birinci “Şanslı qalibi” müəyyənləşib
Bakı-2015 və Oyunların rəsmi tərəfdaşı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Ofeliya Abdullayevanın Avropa Oyunlarının ilk “Şanslı qalibi” olduğunu açıqlayıb.
Avropa Oyunlarını 1500-ə yaxın media nümayəndəsi işıqlandıracaq
Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin müdiri Ceyn Pirs media nümayəndələrinin qeydiyyat prosesinin nəticələri ilə bağlı danışıb
Polşalı dağ velosipedçisi Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi elan olunub
Polşalı dağ velosipedçisi Maya Vloşçovska Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi elan olunub.
İtaliya Milli Olimpiya Komitəsi: Bakı-2015, məşəlin səyahəti başladı
İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) rəsmi internet səhifəsində Bakı-2015 ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi ilə bağlı məqalə yerləşdirilib.
Danimarkanı ilk Avropa Oyunlarının çimərlik yarışlarında təmsil edəcək qadınlardan ibarət cütlük müəyyənləşib
Danimarka qadınların mübarizəsində də birincilik uğrunda yarışacaq. Belə ki, ölkə ilk Avropa Oyunlarına Trans Hansen - Helle Sondergard cütlüyünü yollayacaq.