Bakı-2015-in məşəli Zaqatalaya gətirilib
Bakı-2015 I Avropa Oyunlarının məşəli mayın 23-də Balakəndən sonra Zaqatalaya aparılıb
Avropa Oyunlarının məşəli Balakəndə
Mayın 23-də Bakı-2015 ilk Avropa Oyunlarının məşəli Balakən rayonuna gətirilib. Balakən şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub
Məşəl ilk Avropa Oyunlarının ikinci şəhərində təntənə ilə qarşılanıb
Bakı-2015-in alovunun səyahəti mayın 22-də Ağdaş rayonundan keçməklə axşam Mingəçevirə çatıb. Səyahət ilk Avropa Oyunlarının ikinci şəhərində Alov festivalı ilə günə yekun vurub
Birinci Avropa Oyunları Argentina mətbuatının diqqət mərkəzində
Argentinanın turizm, idman, mədəniyyət üzrə ixtisaslaşmış “Host News Traveller”, “Daily Web”, “Pulso Turistico”, “Norte en Linea” xəbər portallarında, habelə “Telam” milli xəbərlər agentliyinin və “Clarin” qəzetinin müvafiq olaraq idman və turizm bölmələrində Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı məqalələr yayılıb.
Sağlamlıq imkanları məhdud məktəblilər arasında idman yarışları təşkil olunub
Təhsil Nazirliyi Bakı-2015 birinci Avropa Oyunlarının proqramına daxil edilən idman növlərinin təbliğinə həsr olunan yarışları davam etdirir.
“Pedalinac” velosiped klubunun üzvləri İstanbuldan yola düşüblər
“Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində mayın 5-də Dubrovnikdən yola düşən Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri İstanbulda ikigünlük istirahətdən sonra mayın 20-də Bakı istiqamətində hərəkətə başlayıblar.
Zona yarışları davam edir
Bakı-2015 birinci Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir.
Bakı-2015 və Nəqliyyat Nazirliyinin birgə keçirdiyi kampaniya yol hərəkətinin təhlükəsizliyinə xidmət edir
İyunun 12-də start götürəcək Avropa Oyunlarından əvvəl, Bakı-2015 Bakıda sürücülər və piyadalar üçün yol hərəkəti təhlükəsizliyini təbliğ etmək məqsədilə, Nəqliyyat Nazirliyinin yeni təşəbbüsünü dəstəklədiyini bəyan edir
“Azərbaycanın yüksək təşkilatçılığına kimsə şübhə etmir”
Planetin nüfuzlu idman kanalı “Eurosport” “Tour d’Azerbaidjan-2015”in yekunları ilə bağlı süjet yayımlayıb. Materialda yarışla bağlı maraqlı fikirlər səsləndirilib, həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Synergy Baku” komandası ilə görüşü zamanı səsləndirdiyi fikirlərə yer ayrılıb.
Belçikalı cüdoçu birinci Avropa Oyunlarına görə “World Masters” beynəlxalq turnirindən imtina edib
Xəbər verdiyimiz kimi, mayın 23-24-də Mərakeşdə cüdo üzrə “World Masters” beynəlxalq turniri keçiriləcək.
Stolüstü tennis üzrə Rusiya millisinin baş məşqçisi birinci Avropa Oyunları üçün heyəti açıqlayıb
Stolüstü tennis üzrə Rusiya millisinin baş məşqçisi Aleksandr Petkeviç birinci Avropa Oyunları üçün heyəti açıqlayıb.
“Avropa Oyunlarında üzgüçülük və çimərlik futbolu yarışlarını izləyəcəyəm”
"Fikirlər və rəylər" rubrikasının növbəti qonağı “Atlas” Tibb Mərkəzinin terapevt həkimi Nahid Məhərrəmovdur
Bakı-2015 Mingəçevirdə bilet satışı məntəqəsi açıb
Bakı-2015 mayın 22-də, ilk Avropa Oyunlarının məşəlinin şəhərə çatmasıyla eyni gündə Mingəçevirdə bilet satışı məntəqəsini açıb
Alov səyahəti Mərkəzi Aran rayonlarından keçib
Bakı-2015-in alovunun səyahəti ölkənin Mərkəzi Aran rayonlarında davam edir. Mayın 21-də məşəl karvanı Ucar və Göyçay rayonlarında olub
KİV nümayəndələri birinci Avropa Oyunları yarışlarının keçiriləcəyi 3 idman obyektində olublar
Mayın 20-də ölkənin Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri birinci Avropa Oyunları zamanı yarışların keçiriləcəyi üç idman obyektində - VMX Veloparkı, Su İdmanı Sarayı, “Baku Crystal Hall” Sarayında olublar
Bakı-2015 faciəli şəkildə həlak olanların ailələrinə başsağlığı verib
Bakı-2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsi mayın 19-da Bakı şəhərinin Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir.
Bakı Su İdmanı Sarayında üzgüçülərin ilk təlim-məşqi keçirilib
Mayın 20-də Bakı Su İdmanı Sarayının əsas yarış hovuzunda I Avropa Oyunlarından əvvəl 20 gənc üzgüçünün iştirakı ilə təlim-məşqə start verilib
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib. Prezident İlham Əliyev əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış oldu.
Bakı-2015 ilk Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq
Bakı-2015 lk Avropa Oyunları daha geniş miqyasda yayımlanacaq. Belə ki, birinci Avropa Oyunlarının Mərkəzi və Cənubi Amerikada yayımlanması məqsədilə mayın 16-da dünyanın aparıcı telekommunikasiya şirkətlərindən birinə yayım hüququ verilib.
Bakıda birinci Avropa Oyunlarında 1500 rusiyalı könüllü işləyəcək
Bakıda birinci Avropa Oyunlarında 1,5 min rusiyalı könüllü işləyəcək. TASS xəbər verir ki, bu barədə agentliyə Bakı-2015 birinci Avropa Oyunlarının təşkilat komitəsindən məlumat veriblər.
Türkiyəli Avropa və dünya çempionu Bakı-2015-in növbəti idman elçisi seçilib
Bakı-2015 Əməliyyat Komitəsi (BEGOC) mayın 15-də güləş üzrə Türkiyə çempionu Taha Akgülün iyunun 12-də start götürəcək birinci Avropa Oyunlarının idman elçisi seçildiyini açıqlayıb.
Birinci Avropa Oyunlarının yayımlanması ilə bağlı dörd ölkənin beş televiziya şirkəti ilə müqavilə imzalanıb
Bakı-2015 Əməliyyat Komitəsi (BEGOC) birinci Avropa Oyunlarının yayımlanması ilə bağlı daha dörd ölkənin 5 televiziya şirkəti ilə müqavilə imzalayıb
Avropa Oyunları üçün heyət müəyyənləşdi
Xızıda velosiped idmanının şosse növü üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Avropa Oyunlarına dəstək aksiyası
Bakı-2015 ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində Bakıda velosiped üzrə zona yarışı keçirilib.
Bakı-2015 Ukraynanın dövlət müəssisələrinin və KİV-lərinin rəsmi saytlarının diqqət mərkəzindədir
Bakıda keçiriləcək birinci Avropa Oyunları Ukraynanın dövlət müəssisələrinin və KİV-lərinin rəsmi saytlarında ən aktual hadisələrdən və mövzulardan biri olaraq qalmaqdadır.
Xorvatiyalı velosipedçilər Türkiyəyə yaxınlaşıblar
“Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində mayın 5-də Dubrovnik şəhərindən yola düşən Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri Türkiyəyə yaxınlaşıblar.
“Birinci Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin yüksək etimad qazandığını göstərir”
Bu sözləri Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “Oxford University Press” nəşriyyatının Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı keçirilən təqdimat mərasimində deyib.
Avropa Oyunlarının məşəli Tovuzda
Birinci Avropa Oyunlarının məşəli mayın 19-da Tovuz şəhərinə gətirildi
Kolin Gibson: “Avropa Oyunlarını işıqlandırmaq üçün təxminən 800 xarici və 600–dən artıq yerli media nümayəndəsi müraciət edib”
“Olimpiya dünyası” qəzeti Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab Kolin Gibsonla Avropa Oyunlarının KİV vasitəsilə təbliği, ölkə və xarici media nüməyəndələrinin akkreditasiyası, Media Kəndi ilə bağlı və s. məsələlər barədə eksklüziv müsahibəni oxuculara təqdim edir
SON XƏBƏRLƏR
Medal sayı
Facebook