FUTBOL
Avropa Liqası: İngiltərə təmsilçiləri finalının bir addımlığında
Futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Olimpnews.az xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" klubu səfərdə İspaniyanın "Atletik" klubu ilə qarşılaşıb. Oyun "qırmızı şeytanlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İngiltərə təmsilçisinin qollarını Kazemiro (30 dəqiqə) və Bruno Fernandeş (37, 45) vurub. Bilbao təmsilçisinin heyətində Vivian matçın 35-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bask səfərindən böyükhesablı qələbə ilə qayıdan İngiltərə təmsilçisi finala vəsiqə uğurunda böyük addım atıb.
Gecənin digər oyununda "Tottenhem" klubu doğma meydanda Norveçin "Budyo Qlimit"i qəbul edib. Oyun İngiltərə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Londonluların heyətində Conson (1-ci dəqiqə) Meddison (34) və penaltidən Sonake (61) vurub. Norveçlilərin yeganə qolunun müəllifi isə 83-cü dəqiqədə fərqlənən Saltnes olub.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 8-də təşkil olunacaq.
Paylaş :