BASKETBOL
Basketbol Liqasında final seriyasının növbəti oyunu keçiriləcək
Bu gün Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" komandaları arasında final seriyasının üçüncü oyunu keçiriləcək.
Bakı İdman Sarayında təşkil olunacaq oyun saat 14:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında keçirilən finalın ilk oyununda “Sabah” qələbə qazanmışdı. Rimas Kurtinaytesin komandası ilk oyunda 94:89, ikinci qarşılaşmada isə 86:77 hesabı ilə qalib gəlmişdi. Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq.
Paylaş :