FUTBOL
Bu gün Avropa Liqasının finalçıları müəyyənləşəcək
Bu gün futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
“Olimpnews.az” xəbər verir ki, təşkil olunan iki oyundan sonra finalçıların adlarına aydınlıq gələcək. Norveçin “Budyo Qlimt” klubu doğma meydanda İngiltərənin “Tottenhem” klubu ilə üz-üzə gələcək. Bu komandalar arasında Londonda təşkil olunan ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanmışdı.
Gecənin digər oyun isə İngiltərədə baş tutacaq. “Mançester Yunayted” komandası ilk oyunda səfərdə 3:0 hesabı ilə məğlub etdiyi İspaniyanın “Atletik” klubunu qəbul edəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Paylaş :