FUTBOL
"Barselona"nın müdafiəçisi zədəsini sağaldıb
"Barselona" klubunun müdafiəçisi Alexandro Balde zədəsini sağaldıb.
"Olimpnews.az" xəbər verir ki, futbolçu bu gündən etibarən qrup məşqlərinə başlayıb. 21 yaşlı sol cinah müdafiəçisi mayın 11-də İspaniya La Liqasının 35-ci turu çərçivəsində "El Klasiko"da "Real Madrid"ə qarşı oyunda meydanda ola bilər.
Qeyd edək ki, Alexandro Balde La Liqanın 31-ci turunda "Leqanes"lə keçirilən matçda (1:0) bud nahiyəsindən zədələnmişdi.
O, bu mövsüm kataloniyalıların heyətində ümumilikdə 43 oyun keçirib, 1 qol vurub və 10 qol ötürməsi ilə yadda qalıb.
Paylaş :