FUTBOL
Karlo Ançelottidən "Real"la bağlı açıqlama: Heç bir peşmanlığım da yoxdur
"Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Olimpnews.az xəbər verir ki, italiyalı çalışdırıcı karyerasının Madrid mərhələsini ən uğurlu anlardan biri kimi dəyərləndirib.
"Həyatda hər şeyin bir sonu var. Burada keçirdiyim anlardan zövq aldım. "Real"dakı karyeram ərzində qazanılan çoxlu kubokların ardından buradan ayrılıram. Kimsə əvvəllər mənə desəydi ki, 4 ilə 11 kubok qazana bilərəm, bunun mümkünsüz olduğunu deyərdim. Həyatımın sonunadək "Real Madrid" azarkeşi olacağam. Hər zaman bu klubu sevəcəyəm və bu klub məni sevəcək. Klubun dəyişikliyə ehtiyacı var. Məşqçilərin də dəyişikliyə ehtiyacı olur. Bu, həyatdır və heç bir drama ehtiyac yoxdur. Həyat davam edir. Heç bir peşmanlığım da yoxdur", - deyə Karlo Ançelotti bildirib.
Mayın 26-dan etibarən Braziliya millisinin baş məşqçisi kimi ilk işinə başlayacağını deyən italiyalı mütəxəssis onu bu postda əvəzələyəcək Xabi Alonsodan da danışıb: "Düşünmürəm ki, onun hər hansı məsləhətə ehtiyacı olsun. O, əla baş məşqçidir".
Paylaş :