FUTBOL
İngiltərədə parlayan niderlandlı yenidən İtaliyadan təklif alıb
Ulduzu "Mançester Yunayted"də parlayan hücumçu Coşua Zirksee karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Olimpnews.az Corriere dello Sport-a istinadən xəbər verir ki, "İnter" 23 yaşlı futbolçu ilə yaxından maraqlanır. İtaliyada "Parma" və "Bolonya"nın formasını geyinən niderlandlı futbolçu bu mövsüm bombardir. O 48 oyunda 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun transfer qiyməti 35 milyon avrodur.
Paylaş :