FUTBOL
Lyakazette "Lyon"dan ayrılır
Fransanın "Lyon" klubunun futbolçusu Aleksandr Lyakazette mövsümün sonunda komandadan ayrılmaq qərarına gəlib.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı hücumçunun gedişi üçün vida mərasimi təşkil edəcək.
Futbolçu ilə vida mərasimi mayın 17-də "Anje" klubu ilə oyundan sonra olacaq.
Qeyd edək ki, 2022-ci ildən London "Arsenal"ından Fransa klubuna keçən futbolçu "Lyon"un heyətində çıxış etdiyi 96 oyunda 54 dəfə rəqib qapılarına yol tapıb.
Paylaş :