FUTBOL
"İnter" "sambaçı" ilə beş illik müqavilə imzalayıb
İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi Fransanın "Olimpik Marsel" klubunun yarımmüdafiəçisi Luis Enrikeni heyətinə cəlb edib.
Klub rəhbərliyi braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, L.Enrike "İnter"in heyətində çıxış edən 36-cı sambaçı olub. 23 yaşlı futbolçu Fransa klubunun heyətində 2024/25 mövsümündə 35 oyunda 9 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Paylaş :