FUTBOL
Klublararası Dünya Çempionat: qrup mərhələsində daha iki oyun keçirilib
ABŞ-da keçirilən futbol üzrə Klublararası Dünya Çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində növbəti oyunlar keçirilib.
Olimpnews.az xəbər verir ki, bu gün C qrupunda Argentinanın “Boka Xuniors” klubu Portuqaliyanın “Benfika” komandası ilə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib -2:2. Cənubi Amerikalıların heyətində qolları Migel Merentiel (21) və Rodriqo Battaqlia (27) vurub. “Benfika”nın qollarının müəllifi isə Anxel Di Mariya (45+3) və Nikolas Otomendi (84) olub.
Günün digər oyunu D qrupunun iştirakçıları arasında olub. Belə ki, Braziliyanın “Flamenqo” komandası Tunisin “Esperanse” kollektivi ilə qarşılaşıb. Oyun “sambaçılar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Braziliyalıların qələbə qolunu Giorgian de Arraskaeta (17) və Luis Arauxo (70) vurub.
Paylaş :