FUTBOL
Florian Virts rəsmən "Liverpul"da
İngiltərənin "Liverpul" komandası almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Olimpnews.az xəbər verir ki, tibbi testlerdən uğurla keçən futbolçu üçün "mersisaydlılar" "Bayer Leverkusen"ə bonuslar da daxil olmaqla 136,3 milyon avro ödəyəcək.
Beləliklə, "Liverpul" klubu yay transfer pəncərəsinin ən səs-küylü transferini reallaşdırıb. Virts həm "mersisaydlılar"ın, həm də İngiltərə Premyer Liqasının ən bahalı futbolçusudur.
Paylaş :