FUTBOL
"Liverpul"un futbolçusunun keçirdiyi qəzanın detalları açıqlandı - FOTO
"Liverpul"un futbolçusu Dieqo Jotanın və qardaşının Andre Silvanın dünyasını dəyişdiyi avtoqəzanın detalları müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, bədbəxt hadisə yerli vaxtla 00:40-da İspaniyanın Sanabriya rayonu yaxınlığındakı şosedə qeydə alınıb. Belə ki, Jotanın qardaşı Andre Silva "Lamborcini" markalı maşını yüksək sürətlə idarə edərkən ötmə əməliyyatı zamanı avtomobilin təkərindən biri partlayıb. Bu zaman bir neçə dəfə çevrilən avtomobil yol kənarındakı dəmir maneələri qıraraq çökəkliyi düşərək alışıb. Qəza zamanı hər iki qardaş avtomobildən çıxa bilmədikləri üçün diri-diri yanaraq dünyasını dəyişib.
Qeyd edək ki, D.Jota "Liverpul"da, qardaşı isə Portuqaliyanın 2-ci Liqa təmsilçisi "Penafyel"də çıxış edirdilər.
Paylaş :