FUTBOL
"Fluminense" klublararası dünya çempionatının yarımfinalına vəsiqə qazandı
ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatında yarımfinal mərhələsinin ilk iştirakçısı müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, bu, 1/4 finalda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına 2:1 hesabı ilə qalib gələn Braziliyanın "Fluminense" klubudur. Florida ştatının Orlando şəhərindəki "Kampinq World Stadium"da keçirilən oyunda hesab matçın 40-cı dəqiqəsində açılıb. Mateus Martinelli baxımlı qolla komandasını hesabda irəli çıxarıb. Matçın 51-ci dəqiqəsində Markos Leanardo hesabı bərabərləşdirib. Lakin qarşılaşmanın 70-ci dəqiqəsində cənubi amerikalılar yenidən hesabda önə keçiblər. Herkules dəqiq zərbə ilə rəqib qapısına yol taparaq komandasına 2:1 hesablı qələbə qazandırıb.
"Fluminense" klubunun yarımfinaldakı rəqibi bu gün keçiriləcək "Palmeyras" (Braziliya) - "Çelsi" (İngiltərə) oyunun qalibi olacaq.
Paylaş :