OLİMPİYA DÜNYASİ
Rəsul Əlizadə: "Qızıl medal qazanıb, fəxri kürsüdə bayrağımızı zirvədə görmək böyük şərəfdir"
"Bir ay əvvəl bu şəhərdə Avropa çempionatının qalibi olmuşdum. Yenidən eyni məkanda çempionluq sevincini yaşamaq qürurvericidir".
Bu sözləri Olimpnews.az-a mûsahibəsində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarının qalibi Rəsul Əlizadə deyib.
-55 kq çəki dərəcəsində qalib olan idmançımız çempionluğunu heç də asan qazanılmadığını qeyd edib.
«Uzun müddətdir ki, bu festivala hazırlaşırdıq. Buna qədər bir sıra yarışlarda iştirak etmişəm.Festivalda keçirdiyim görüşlər heç də asan olmadı. İlk qələbəmdən sonra daha da ruhlandım. Rəqiblərimlə mübarizədə təşəbbüsü heç cür əldən vermək olmazdı. Bu istəyim sona qədər davam etdi. Nəticədə finala yüksəldim. Ölkəmizə qızıl medal qazandıran cüdoçular arasında yer aldım. Qızıl medal qazanıb, fəxri kürsüdə bayrağımızı zirvədə görmək böyük şərəfdir", - deyə Rəsul Əlizadə bildirib.
Qeyd edək ki, Rəsul Əlizadə (-55 kq) finalda xorvatiyalı Kristian Butuçini məğlub edərək komandamıza günün üçüncü qızıl medalını qazandırıb.
Paylaş :