OLİMPİYA DÜNYASİ
Skopye-2025: Atıcılıarımız finala vəsiqə qazandılar
Şimali Makedoniyada keçirilən Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı yarışları həyəcanla davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışlarında ölkəmizi təmsil edən Oleq Kerjankin və Leyli Əliyeva parlaq çıxışla yadda qalıblar. Komanda üzvlərimiz 53 xalla final mərhələsinə vəsiqə qazanıblar. Komandamız bu nəticə ilə həm də Avropa rekordunun müəllifi olub.
Paylaş :