OLİMPİYA DÜNYASİ
Skopye-2025: Taekvondoçularımız növbəti mərhələdə
Skopye-2025 çərçivəsində keçirilən taekvondo yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, taekvondoçularımız 1/8 final mərhələsində növbəti görüşlərini keçiriblər. Təmsilçilərimizdən Yunis Hüseynov (73 kq) belçikalı İlias Lauçiyə qalib gələrək 1/8 finala yüksəlib. Digər idmançımız Elcan Əliyev (+73 kq) isə norveçli Martin Romundset Nilseni üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
1/4 finalda Yunis Hüseynov Eravan Quilletlə (Fransa), Elcan Əliyev isə İvan Lysenko (İspaniya) ilə qarşılaşcaq.
Paylaş :