OLİMPİYA DÜNYASİ
Azərbaycan hakimi beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir
Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən yarışlarda ölkəmizi təkcə idmançılar deyil, həm də hakimlərimiz təmsil edirlər.
Olimpnews.az xəbər verir ki, taekvondo yarışlarında beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva da ədaləti qoruyur.
Təcrübəli hakimimizin idarə etdiyi görüşlər peşəkarlıqla seçilir və turnirin təşkilati səviyyəsinə töhfə verir.
Qeyd edək ki, Aygül Abdullayeva artıq bir neçə beynəlxalq yarışda Azərbaycanı hakim qismində təmsil edib. Skopye-2025 kimi mötəbər festivalda iştirak isə onun fəaliyyətinin növbəti uğurlu mərhələsidir.
Paylaş :