FUTBOL
La Liqa: "Real" minimal hesablı qələbə qazandı
"Real" klubu İspaniya La Liqasına qələbə ilə başlayıb.
Olimpnews.az xəbər verir ki, Xabi Alonsonun komandası doğma meydanda "Osasuna"ya minimal hesabla qalib gəlib -1:0.
Matçda vurulan yeganə qolun müəllifi Kilian Mbappe olub. Fransalı hücumçu qarşılaşmanın 51-ci dəqiqəsində penalti zərbəsindən fərqlənməklə komandasına üç xalı qazandırıb. Oyunun 90+4-cü dəqiqəsində "Osasuna" komandası azlıqda qalıb. Abel Bretones qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.
Qeyd edək ki, "Kral klubu" ikinci turda La Liqanın debütantı "Real Oviedo"nun qonağı olacaq. "Osasuna" isə doğma meydanda "Valensiya"nı qəbul edəcək.
Paylaş :