FUTBOL
Yankoviç 6 həftə yaşıl meydanlardan kənarda qalacaq
Portuqaliyanın "Benfika" klubu ilə Çempionlar Liqasının Liqa mərhələsində zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin zədəsi ciddidir.
Olimpnews.az xəbər verir ki, 30 yaşlı monteneqrolu yarımmüdafiəçi zədə səbəbindən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, qarşıdakə həftələrdə Misli Premyer Liqasında "Araz-Naxçıvan", "Qəbələ", "Kəpəz", "Turan Tovuz", "Şamaxı", "İmişli", "Çempionlar Liqasında isə "Kopenhagen" (Danimarka) və "Athletik" (İspaniya) komandaları ilə oyunda komandasına köməklik edə bilməyəcək. Onun "Çelsi" ilə oyuna qədər tam hazır olacağı isə sual altındadır.
Paylaş :