DİGƏR NÖVLƏR
Yardımlıda "İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib
Yardımlıda "İdman hamı üçün" layihəsi çərçivəsində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə kütləvi açıq idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə atletika, futbol, voleybol, ağırlıqqaldırma, şahmat, dama və digər oyun növləri üzrə nümunəvi çıxışlar olub.
Məkanı Yardımlı İdman Kompleksi olan kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, ona marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, eləcə də asudə vaxtın səmərəli təşkili olub.
Bu səpkili tədbir Masallıda da böyük maraq yaradıb. Şəhər Nizami Gəncəvi adına xatirə parkında keçirilən tədbirdə isə taekvondo, boks, sərbəst güləş, yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Paylaş :