GİMNASTİKA
Beynəlxalq turnirdən medal sevinci
Martın 14-15-də Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə“Dutch Trampoline Open”beynəlxalq turniri keçirilib. Yarışda fərdi proqramda gimnastlarımız medal sıralamasında yer alaraq ölkəmizi layiqincə təmsil ediblər. Belə ki,Selcan Mahsudova56.580 xalla qızıl medal qazanaraq turnirin qalibi olub.Maqsud Mahsudov60.030 xalla fəxri kürsünün 1-ci pilləsinə qalxıb.Hüseyn Abbasovisə 57.410 xalla bürünc medala layiq görülüb.
Sinxron proqramda da Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdiriblər.Maqsud Mahsudov – Hüseyn Abbasovcütlüyü 51.530 xalla gümüş medal qazanıb. Digər kişi cütlüyü –Ömər Qasımlı və Muhamməd Həsənliisə 43.680 xalla qızıl medal əldə edib.
Qeyd edək ki,Selcan Mahsudovayarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.
Paylaş :