DÇ-2026-nın final mərhələsinin bütün iştirakçıları müəyyənləşdi
Bu il keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin bütün iştirakçılarının adlarına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, bu, pley-off mərhələsinin həlledici görüşlərindən sonra rəsmiləşib. Son olaraq, qitələrarası pley-off finalında Yamaykaya qalib gələn (1:0) Konqo Demokratik Respublikası və Boliviyanı üstələyən (2:1) İraq seçmələri DÇ-2026-da iştirak hüququ əldə edib.
DÇ-2026-nın final mərhələsində iştirak edəcək komandalar
A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kurasao, Kot-d'İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
I qrupu: Fransa, Seneqal, Norveç, İraq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.
Paylaş :